ABŞ ordusunu Ukraynaya göndərməyəcək - Bayden
ABŞ ordusu Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmir və iştirak etməyəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.
Bayden Konqres liderləri qarşısında çıxışında bildirib ki, Amerika əsgərləri Ukraynadakı müharibədə iştirak etmir və mən bunun belə qalacağına əmin olmaq niyyətindəyəm.
"Ukrayna yalnız silah istəyir, onun ərazisinə Amerika qoşunlarını gətirməyi yox", - o qeyd edib.