azfakt.az
http://azfakt.az

Müdafiə nazirinin müavininin Qətərə səfəri davam edir

5-03-2024, 20:13 Baxılıb: 0

Müdafiə nazirinin müavininin Qətərə səfəri davam edir

Qətər Silahlı Qüvvələri tərəfindən Dohada təşkil edilən 8-ci Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı ("DIMDEX 2024") davam edir.

Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin "Barzan Holdings" və tabeliyində olan şirkətlərin stendlərini ziyarət edib, holdinqin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930