Ermənistanda Dövlət Mühafizə Xidmətinə yeni rəhbər təyin edildi
Artur Qasparyan Ermənistanda Dövlət Mühafizə Xidmətinin yeni rəhbər təyin edilib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.
Qeyd edək ki, Artur Qasparyan bundan əvvəl Ermənistanda Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavini vəzifəsində çalışırdı.