azfakt.az
http://azfakt.az

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

8-02-2024, 13:03 Baxılıb: 0

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək.

Gənclər və İdman Nazirliyindən  verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.

Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 kilometr), Yevlax - Ucar (84 kilometr), Ucar - Hacıqabul (88 kilometr), Hacıqabul - Qobustan (70 kilometr) və Qobustan - Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930