azfakt.az
http://azfakt.az

Dövlət Agentliyində yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

31-01-2024, 20:34 Baxılıb: 3

Dövlət Agentliyində yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Bu barədə agentliyin 2023-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirəsində bildirilib.

Qeyd edilib ki, kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. 2023-cü il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.

Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 hərbi qulluqçusu mükafatlandırılıb. 15 hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb. 24 hərbi qulluqçu Türkiyə Respublikasında müxtəlif sahələr üzrə kurslara göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930