Cinayət mühakimə icraatı ilə bağlı qəbzin forması təsdiq ediləcək - FƏRMAN
Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin forması təsdiq ediləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində:
- cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.