azfakt.az
http://azfakt.az

Paşinyandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

26-01-2024, 19:56 Baxılıb: 1

Paşinyandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar prosesi tam miqyasına çatacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri ilə birgə bəyanatı zamanı deyib.

"Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinə düzəlişlərin başa çatdırılması üçün danışıqlar prosesi tam miqyasına çatacaq", - Paşinyan bildirib.

O, müzakirələr zamanı Ermənistan və Gürcüstan arasında sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün əməli addımlar atmaq üçün müvafiq idarələrə göstəriş verməyə razı olduqlarını qeyd edib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı "keçən ilin sonlarına doğru Ermənistan XİN-i Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını bildirmişdi. Qeyd edilmişdi ki, İrəvan cavab üzərində işləyir" demişdi.

"Mənfi ritorika sülh prosesinə ziyanlıdır. Ermənistan tərəfi də ən azı sözdə ifadə etdikləri müsbət müstəvidə inkişafa nail olmaq istəyirsə, buna ciddi nəzarət etməlidi. Qeyri-ardıcıllıq prosesə mənfi təsir edən əsas elementlərdəndir. Biz tez-tez mövqenin və yanaşmanın dəyişməsinin şahidi oluruq. Əgər bizim ambisiyalarımız varsa, proqnozlaşdırılan, ardıcıl xətt olmalıdır. Biz son zamanlar nikbin mesajlar müşahidə edirik və ümid edirik ki, bu xətt davam edəcək. Ermənistan tərəfindən bizə təqdim olunan təkliflər paketi və bizim tərəfimizdən işlənib qaytarılan təkliflər paketinə gəldikdə isə, deyim ki, detallara çox da varmaq istəməzdim. Çünki bu, prosesə zərbə vurur. Amma onu deyim ki, fikir ayrılıqları hələ də var. Fikri ayrılıqları olan maddələrin sayında azalma var. 21 noyabrda aldığımız paketdə müsbət istiqamətdə az da olsa irəliləyiş özünü göstərir. Sülhə nə qədər yaxın və uzaq olduğunu demək çətindir. Hesab edirəm ki, ciddi siyasi iradə olarsa, sülh müqaviləsini qısa müddətdə həll etmək mümkündür. Yox, əksi olarsa, o zaman uzanacaq", - nazir vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930