Bu il Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq
Hazırda Şuşada "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı işlər gedir.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bugün Şəhidlər Xiyabanını ziyarət edərkən deyib.
"Bu il Şuşadakı mərkəz fəaliyyətə başlayacaq. Gələcək illərdə Ağdam, Cəbrayıl, Laçın şəhərlərində regional ASAN xidmət mərkəzləri fəaliyyət göstərəcək".
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.