azfakt.az
http://azfakt.az

Türkiyə MN 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib

20-01-2024, 20:12 Baxılıb: 1

Türkiyə MN 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş və Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirik. “Bir millət, iki dövlət” olaraq bundan sonra da Azərbaycan türkü qardaşlarımızla birliyimizi davam etdirəcəyik",- başsağlığında bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930