qanunedalet.com.az
http://qanunedalet.com.az

Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

16-09-2025, 19:12

azerbaycan-komandasi-dunya-robotexnika-finalinda-qizil-ve-gumus-medal-qazanib

Sentyabrın 2-də Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatı- “TechnoXian World Cup 9.0” da iştirak edib. 
Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb.

Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi  mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930