qanunedalet.com.az
http://qanunedalet.com.az

Baş Prokurorluqdan mebel sexində 16 nəfərin ölməsi ilə bağlı xəbərə REAKSİYA

16-01-2024, 17:42

Baş Prokurorluqdan mebel sexində 16 nəfərin ölməsi ilə bağlı xəbərə REAKSİYA

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Qurum bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırıb:
"Bildiririk ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728