qanunedalet.com.az
http://qanunedalet.com.az

Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vuruldu

17-04-2026, 19:50

son-1-heftede-tebiete-133-minden-cox-ziyan-vuruldu


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında,  Sumqayıt şəhəri Səməd Vurğun küçəsində,  Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində,  Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930