qanunedalet.com.az
http://qanunedalet.com.az

Qonşularını öldürüb meyitini kanala atan ata-oğula - Bu cəza verildi

8-12-2025, 18:27

qonsularini-oldurub-meyitini-kanala-atan-ata-ogula

Saatlı rayonunda 66 yaşlı kişini qətlə yetirib meyitini su kanalına atan şəxslərin məhkəməsi yekunlaşıb.
Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qətlinə görə qonşusu 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasova hökm oxunub.

Bildirilib ki, hadisə tamah niyyəti ilə törədilib. Onlar qonşuluqda yaşayan Mirhəsənlə həm də uzaq qohum olublar. Ata və oğlu əvvəldən münasibətlərinin yaxşı olmadığı Mirhəsəni maşında öldürdükdən sonra meyitini kanalın yanına aparıblar və ayağına daş bağlayaraq suya atıblar. Onlar zərərçəkmişin paltarlarını çıxardıqdan sonra şalvarının cibindəki 1500 manat pulu və ümumi dəyəri 243 manat 70 qəpik olan aksiz markası ilə markalanmamış siqaretləri quldurluq yolu ilə ələ keçiriblər.

Cinayətin üstü açıldıqdan sonra meyit kanaldan çıxarılıb və hadisəni törədən şəxslər saxlanılaraq barələrində cinayət işi açılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Elşadla Elçini Cinayət Məcəlləsinin tamah niyyəti və quldurluqla adam öldürmə maddələri ilə təqsirli bilib.

Hökmə əsasən, Elşad Abbasova 18 il 6 ay, oğluna isə 15 il həbs cəzası verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031