qanunedalet.com.az
http://qanunedalet.com.az

Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır

25-11-2025, 18:40

gurcustan-20-gundur-azerbaycan-tirlarini-gomrukden-buraxmir

20 gündən artıqdır Azərbaycan yük maşınları Batumi və Tbilisi gömrük-keçid məntəqələrində saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a “TIR” sürücülərindən biri Aslan Kərimov məlumat verib.

Onun sözlərinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır: “Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçir. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.

A.Kərimov bildirib ki, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılır. O qeyd edib ki, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, onlara yazılı ərizə ilə müraciət edilib və hazırda bu işlə məşğuldurlar.

“TIR” sürücüləri “Qafqazinfo”ya bildiriblər ki, yük sahibləri Azərbaycan maşınlarına yox, gürcü maşınlarına xeyir versin deyə Gürcüstan tərəfi qeyri-rəsmi inzibati tədbirlər həyata keçirir.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031