Təndir evində çalışan qadın iş yerində öldü

Paytaxtın Suraxanı rayonunda yerləşən təndir evlərindən birində ölüm hadisəsi qeydə alınıb.
Hadisə noyabrın 17-si saat 06 radələrində Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən təndir evində baş verib.
Belə ki, orada işləyən 1971-ci il təvəllüdlü Ruqiyyə Əskərova qəfil ölüb.
Onun infarktdan vəfat etməsi müəyyənləşdirilib.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: