qanunedalet.com.az
http://qanunedalet.com.az

Bir sorğuya 107 min xərclənəcəyi xəbərinə - Nazirdən reaksiya

17-11-2025, 18:43

bir-sorguya-107-min-xercleneceyi-xeberine

Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi​ üçün 107 min manat ödəniləcəyi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib.

Nazir qeyd edib ki, tenderin nəticəsi sonradan məlum olacaq: “İndi yalnız ehtimal olunan qiymət göstərilir. Tender yekunlaşanda görəcəksiniz ki, faktiki məbləğ bundan daha aşağı olacaq. Belə olan halda keçirilməmiş bir sorğuya necə reaksiya verə bilərəm? Sorğunun aparılması barədə hər hansı proses də olmayıb.

Bəs biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr, ayırmamışıq. Amma bu məbləğ 100 min manat ola bilərmi? Bəli, ola bilər. Sorğu keçirmək üçün 200 min və ya 300 min manat vəsait də xərcləmək mümkündür. Baxır, sən hansı sorğunu keçirirsən. Bunun detallarını görmədən fikir bildirmək ayıbdır. Niyə? Çünki sorğu keçirmək üçün əvvəlcə aprobasiyanı aparmalı, təsadüfi seçimi həyata keçirməli, anketi hazırlamalı, mütəxəssislərin əməyini ödəməli və onların regionlara səfərini təmin etməlisiniz. Sorğunu keçirən şəxs regionlara gedib məlumat toplamalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031