qanunedalet.com.az
http://qanunedalet.com.az

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Bu gün, 20:09

“Binə” Ticarət Mərkəzində sahibkarlar narazılıq edirlər.
Tribunainfo.az sosial şəbəkələrdə yayılmış xəbərlərə istinadən bildirir ki, narazılıq bazarın sahibəsi Kəbirə Məmmədovanın yeni qaydalar tətbqi etməsidir.
Belə ki, sahibkarlar onların dükanlarında elektrik sayğacı ola-ola artıq pul yazıldığını və bu barədə göstərişin Kəbirə Məmmədova tərəfindən verildiyini bildiriblər. “Əgər sayğacda 70 manat borc yazılıbsa, həmnin dükan sahibi əlavə 80 manat da verməlidir. Böyük dükanlarda isə bu məbləğ bir qədər də çox olur. Məsələn, əgər sayğacda 300 manat yazılıbsa, həmin sahibkar əlavə 300 manat da verməlidir”.
Buna etiraz edənlərin isə cəzalandırılması barədə xəbərdarlıq edilib. Belə ki, baş verənləri çəkib, paylaşan və ya mediaya ötürən sahibkarlara xəbərdarlıq edilib ki, bu addımı atarlarsa, dükanları qapadılacaq və 600 manat cərimə olunacaqlar.
Kəbirə Məmmədovanın bu addımı atmasının konkret səbəbi bilinmir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930