Astarada da dabaq xəstəliyi yayılıb

Son vaxtlar bir çox rayonlarda olduğu kimi, Astarada da mal-qara arasında dabaq xəstəliyi yayılıb.
Xəstəlik rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran və Ərçivan qəsəbələrində mal-qarada aşkarlanıb.
Kənd sakinlərinin sözlərinə görə, dabaq xəstəliyi son 10 gündə sürətlə yayılıb: “Xəstə heyvanlarda hərarət 42 dərəcəyədək çatır və ağızlarından köpük gəlir. Sağlam olanları xəstəlikdən qorumaq üçün çalışırıq ki, qapalı saxlayaq”.
Həmçinin sakinlər xəstəliyin müalicəsi məqsədilə istifadə olunan dərmanların qıt və baha olduğunu bildirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İş adamından Gəncə Apellyasiya Məhkəməsinin hakiminə etiraz – “Afiq Hüseynzadə banklara xidmət edir”