qanunedalet.com.az
http://qanunedalet.com.az

BDYPİ-dən sürücülərə - Müraciət

7-10-2025, 20:28

bdypi-den-suruculere

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.
Bu haqda Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var.
“Belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin (təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilir.

Piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.

Unutmayın: yolda hər bir hərəkət məsuliyyət tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara əməl edin”, - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930