qanunedalet.com.az
http://qanunedalet.com.az

Ukraynada tutulan azərbaycanlı ölkəyə gətirildi

4-06-2025, 18:53

ukraynada-tutulan-azerbaycanli-olkeye-getirildi

Ukraynada tutulmuş azərbaycanlı ölkəyə gətirilib.

“Qafqazinfo” Baş Prokurorluğa istinadən xəbər verir ki, Namik Tahir oğlu Məmmədovun ekstradisiyası haqqında vəsatət Ukrayna baş prokurorunun Ofisi tərəfindən təmin edilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Namik Məmmədovun qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda əmlakı əldə etmə, ona sahiblik etmə və ya ondan istifadə etmə, rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirmə cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

N. Məmmədov Ukrayna ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930