qanunedalet.com.az
http://qanunedalet.com.az

İkinci yanğın ölümə səbəb oldu

16-04-2025, 18:47

ikinci-yangin-olume-sebeb-oldu


Türkiyədə hazırda yayımlanan “Şakir Paşa ailesi: Mucizeler ve skandallar”ın çəkildiyi məkanda yenidən yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Birgun.net” məlumat yayıb.

Yanğında istehsalat üzrə menecer, “Taki” ləqəbli Serkan Sükyan vəfat edib.

Bildirilib ki, tüstüdən təsirlənən Sükyan infarktdan ölüb.

Xatırladaq ki, ötən il də serialın çəkildiyi məkanda yanğın baş vermişdi. Yanğın nəticəsində Böyükadadakı tarixi malikanənin dekor olaraq qurulan hissəsi tamamilə külə dönmüşdü.

Qeyd edək ki, Şakir Paşa ailəsi Osmanlı İmperatorluğunun son dövrlərində və Cümhuriyyətin ilk illərində yaşamış məşhur bir ailə kimi tanınır. Ailənin malikanəsi Böyükadanın Şehbal küçəsində yerləşirdi. İllər əvvəl baş verən yanğın nəticəsində orijinal malikanə tamamilə yanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930