qanunedalet.com.az
http://qanunedalet.com.az

Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı

9-04-2025, 20:06

xezere-tullanti-su-axidan-qurum-cezalandirildi

Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, aparılan araşdırma və monitorinq zamanı müəyyən olunub ki, Lənkəran şəhərində formalaşan tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun istismara yararsız vəziyyətdə olması səbəbindən Lənkəran şəhərində formalaşan tullantı suları müxtəlif axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılır:

“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən  analiz aparılması üçün dənizə tökülən axarlardan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunələrində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub.

Faktla bağlı akt və protokol tərtib edilərək Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə xəbərdarlıq məktubu ünvanlanıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930