Qaxda dağlıq ərazi yanır

Qaxda dağlıq ərazidə yanğın baş verib.
Yanğın rayonun Böyük Qafqaz sıra dağlarının Ləkit-Kötüklü kəndi ərazisində başlayıb.
Məlumata görə, 3 hektar ərazidə kol-kos yanır. Yanğın yerinə Qax YMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: