qanunedalet.com.az
http://qanunedalet.com.az

83 ağacı kəsənlərə cinayət işi açıldı

27-02-2025, 13:31

83-agaci-kesenlere-cinayet-isi-acildi

Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  bildirilib ki, keçirilən tədbirlərlə həmin ağacları kəsən 2 nəfər rayon sakini saxlanılıb.

Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər vurulması müəyyən olunub.

Hazırda faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031