qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu ərazilərə qar yağır - Faktiki hava

21-02-2025, 19:57

bu-erazilere-qar-yagir


Fevralın 21-i saat 18:00-a olan məlumata əsasən ölkə ərazisində şaxtalı və fasilələrlə qarlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.7 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930