qanunedalet.com.az
http://qanunedalet.com.az

Neftçala İH “Azərişıq”ın yubileyini niyə bayram edib?

20-02-2025, 19:24

Prezidenti İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmasının 10 illik yubileyi Neftçala rayonunda qeyd olunub.
Tribunainfo.az bildirir ki, tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısının müavini Şaiq Məmmədov, Azərişıq ASC-nin Şirvan RETSİ-nin Neftçala EŞ-in rəisi Ağababa Babayev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Neftçala EŞ-in kollektivi iştirak edib. Maraqlıdır ki, Açıq Səhmdar Cəmiyyətin yaradılmasının 10 illiyinin Neftçala İH-ə nə kimi aidiyyatı var? Biri yerli idarəetmə orqanı, biri ASC… Üstəlik, burada böyük hadisə baş verməyib, işıq idarəsinin adının dəyişməsinin 10 ili tamam olub. Amma icra başçısı Mirhəsən Seyidovun komandası bunu az qala bayrama çevirib. Sanki xüsusi bir iş olub. Ümumiyyətlə, icra hakimiyyətinin ASC-nin tədbirini qeyd etməsi gülüncdür. Yaxşı ki, tort kəsməyiblər…







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728