qanunedalet.com.az
http://qanunedalet.com.az

Qanunsuz sərnişin daşıyan taksi sürücüləri - 5 sutkalıq həbs olundu

12-02-2025, 19:43

qanunsuz-sernisin-dasiyan-taksi-suruculeri

Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qanunsuz taksi fəaliyyəti göstərən iki sürücü həbs edilib.
Taksi fəaliyyəti göstərən 30 yaşlı A.Məmmədov və 33 yaşlı M.Rüstəmov Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların taksi tanıma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olması, sərnişinlərin gediş-gəlişinə mane olaraq ictimai qaydanı pozması bildirilib. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib.

Həmçinin qeyd edilib ki, həmin sürücülər barəsində daha əvvəl ümumilikdə 22 dəfə tənbeh tədbiri görülsə də, əməllərinə davam edirlər.

Saxlanılan sürücülər Xəzər Rayon Məhkəməsinə göndərilib. Onların hər ikisinə 5 sutka inzibati həbs cəzası verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930