qanunedalet.com.az
http://qanunedalet.com.az

Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ

6-02-2025, 19:10

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının qanunsuz təşkilinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində ölkədə "qumar kralı" kimi tanınan Yusif Baqiyev (Şəkili) saxlanılıb.

Ajans.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Yusif Baqiyev Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən "Medalyon" və "Nuxa" restoranlarının sahibidir.

Qeyd edək ki, ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728