qanunedalet.com.az
http://qanunedalet.com.az

Naxçıvanda qətl törədildi - Saxlanılan var

29-01-2025, 18:16

naxcivanda-qetl-toredildi

Yanvarın 28-də Naxçıvan MR-nin Babək rayonunda qətl törədilib.

“Qafqazinfo” Naxçıvan MR Prokurorluğuna istinadən xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728