qanunedalet.com.az
http://qanunedalet.com.az

Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırıldı

29-01-2025, 18:15

mehbuslara-gizlice-telefon-veren-nezaretci-cezalandirildi

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində gizli şəkildə iki məhbusa telefon ötürən nəzarətçi cinayət məsuliyyətinə cəlb edilib.
Xidmətin əməkdaşı 1996-cı il təvəllüdlü Niyaməddin Tağıyev Cinayət Məcəlləsinin 308 və 317-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinib.

Həbsxana nəzarətçisinin gizli şəkildə işlədiyi müəssisəyə telefon keçirməsi və orada cəza çəkən məhbuslara verməsi məlum olub.

Bildirilib ki, N.Tağıyev həmin məhbuslardan birini daha əvvəldən tanıyırmış və bu münasibətə görə öz təşəbbüsü ilə cəza çəkən şəxs üçün ciddi nəzarətin olduğu yerə telefon keçirib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə işdən çıxarılan həbsxana əməkdaşına 5 min manat cərimə cəzası verilib. Onun 2 il müddətində vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930