qanunedalet.com.az
http://qanunedalet.com.az

Dağlarda 10° şaxta olacaq

21-01-2025, 13:58

daglarda-10-saxta-olacaq

Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqinin normadan yüksək 773 mm civə sütunu olacağı gözlənilir. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728