qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

15-01-2025, 13:56

bakidaki-separatcilar-aileleri-ile-elaqe-saxladi

Yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi Erməniəsilli şəxslərə yenidən baş çəkib.

Bu barədə “Qafqazinfo”ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

“Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728