qanunedalet.com.az
http://qanunedalet.com.az

Cənub bölgəsinin bəzi yerləri işıqsız qalacaq

14-01-2025, 18:39

cenub-bolgesinin-bezi-yerleri-isiqsiz-qalacaq

Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, qeyd edilən tarixdə 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, Cəlilabad 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq.

“Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq”, - məlumatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728