Boğazına yelləncəyin ipi dolandı, boğulub öldü
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Uzuntəpə kəndində olub.
Belə ki, yeniyetmə yelləncəkdə oynayarkən ipin boğazına dolaşması nəticəsində boğularaq ölüb.
Qeyd edək ki, Kazımabad kənd sakini olan 14 yaşlı qız yaxınlarının evinə qonaq gedibmiş.
Faktla bağlı araşdırma aparılır.