qanunedalet.com.az
http://qanunedalet.com.az

“Təyyarə qəzasına səbəb Rusiya raketi olub” - “Euronews”

26-12-2024, 17:55

teyyare-qezasina-sebeb-rusiya-raketi-olub-euronews

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” yayıb. 

Mənbə bildirib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.

Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən buraxılan raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib. 

Məlumata görə, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. Həmçinin qeyd edilib ki, dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb. 

***

“AnewZ” portalı isə raketin “Pantsir-S” sistemi vasitəsilə buraxıldığını yazıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031