qanunedalet.com.az
http://qanunedalet.com.az

Yevlaxda sürücülük hüququ olmayan avtoxuliqan HƏBS EDİLDİ

22-03-2024, 11:01

Yevlaxda sürücülük hüququ olmayan avtoxuliqan HƏBS EDİLDİ


Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozduğuna görə "VAZ-2106" markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib. Buna baxmayaraq sürücü hərəkətini davam etdirib. Görülən tədbir nəticəsində həmin sürücü M.Mehdiyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728