qanunedalet.com.az
http://qanunedalet.com.az

Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

6-03-2024, 19:49

Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yasamal rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728