Bakıda 4 otaqlı ev yandı
Bakıda 4 otaqlı ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.