qanunedalet.com.az
http://qanunedalet.com.az

Təcridxanaya mandarinin içində narkotik keçirməyə cəhd olundu

1-02-2024, 14:25

Təcridxanaya mandarinin içində narkotik keçirməyə cəhd olundu

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Trend Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs edilmiş şəxs Fərid Arzuman oğlu Məmmədova anası Süsən Fəxrəddin qızı Abbasova tərəfindən gətirilmiş sovqatdakı iki ədəd mandarinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930