qanunedalet.com.az
http://qanunedalet.com.az

Həmin dərmanlar xüsusi loqolu apteklərdə veriləcək

27-11-2025, 17:23

hemin-dermanlar-xususi-loqolu-apteklerde-verilecek

“Dərman təminatı ilə bağlı ən vacib yeniliklərdən biri də “Pozitiv siyahı”nın formalaşdırılmasıdır. Pozitiv siyahı icbari tibbi sığorta hesabına ödəniləcək dərmanların rəsmi siyahısıdır və bu siyahının ilkin mərhələsi hazırlanır”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

O qeyd edib ki, siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri Agentliyin rəsmi saytında dərc olunacaq: “İlk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan, qan təzyiqini salmaq üçün dərmanlar daxil edilib. Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur.

Eyni zamanda, dərmanların siyahıya daxil edilməsi üçün lazım olan meyarlar da təsdiqlənib. Bunun üçün dərman dövlət reyestrində qeydiyyatdan keçmiş olmalı, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməli, qiyməti dövlət tərəfindən tənzimlənməli, ən önəmlisi sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır”.

Qurum rəsmisi qeyd edib ki, dərmanların təyinatı üçün əsas mexanizm olaraq elektron resept sistemi müəyyən edilib: “Artıq elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər aparılır. Sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdə veriləcək. Bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar rahatlıqla tanıya bilsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031