Doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırıldı

Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.
Bununla bağlı Prezident İlham Əliyev “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: