qanunedalet.com.az
http://qanunedalet.com.az

İranla bağlı qətnamə qəbul etdilər

20-11-2025, 18:32

iranla-bagli-qetname-qebul-etdiler

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurası İranla bağlı qətnamə qəbul edib. 

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qətnamədə İrandan zənginləşdirilmiş uranın ehtiyatları və bombardman edilmiş nüvə obyektlərinin vəziyyəti haqqında agentliyə dərhal məlumat vermək tələb olunur.  

19 ölkə sənədin lehinə, 3 ölkə - Rusiya, Çin və Niger əleyhinə səs verib, daha 12 ölkə isə bitərəf qalıb.

Xatırladaq ki, daha əvvəl AEBA-nın direktoru Rafael Mariano Qrossi İranı agentliyin zədələnmiş obyektlərə, xüsusən də təcili aydınlaşdırma tələb edən aşağı və yüksək zənginləşdirilmiş uranın ehtiyatlarına çıxışını təmin etməyə çağırmışdı. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031