qanunedalet.com.az
http://qanunedalet.com.az

Şimşək çaxır, yağış yağır - Faktiki hava

Dünən, 20:25

simsek-caxir-yagis-yagir

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə 18 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvan MR-da 28, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031