qanunedalet.com.az
http://qanunedalet.com.az

“Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ində nələr baş verir?

11-04-2025, 13:03

“Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ində nələr baş verir?

Adlarının hallanmasını istəməyən bir qrup mərkəzin əməkdaşları redaksiyamıza ünvanladığı mektubu diqqətinizə çatdırırıq: 

Bizim mərkəz “Peşə Təhsil Agentliyi” nin tabeliyindədir. Mərkəzə bu yaxınlarda direktor əvəzi təyin olunan Əlağa Kərimov işə başladığı gündən dağılmış bir müəsissəni yenidən bərpa etməyə başlayıb. Kollektivin hörmət və məhəbbətini qazanıb. Nəticələr göz qabağındadır. Amma bunlardan bir müddət əvvəl Mərkəzin direktoru Mətləb Hüseynov işləyən zaman, tədris ocağı korrupsiyalaşmış bir Mərkəzə çevrilmişdir. Belə ki, Hesablama Palatası Mərkəzdə yoxlama zamanı bir çox korrupsiya halları aşkarlamış və nəticədə materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. Hal hazırda istintaq gedir. Məlum olmuşdur ki, keçmiş direktor Mətləb Hüseynov və Mərkəzin Həmkarlar İttifaqının Sədri Fərhad Hacıyev birgə saxta protokollar əsasında Həmkarlar İttifaqının balansından qeyri qanuni hər ay 4000 (dörd min ) manatdan çox pulu silərək mənimsəmişlər. Bundan əlavə olaraq Mətləb Hüseynovun göstərişi ilə Fərhad Hacıyev Mərkəzdə “Şəhidlərin Abidəsinin” tikintisinə hər işçidən 150 manat pul yığmış, kollektiv könüllü olaraq pulu Fərhad Hacıyevə vermişdir. Sonradan məlum olmuşdur ki, “Şəhidlərin Abidəsinin” tikintisinə görə Həmkarlar İttifaqının Sədri Fərhad Hacıyev saxta protokolla “Şəhidlərin Abidəsi” tikintisi adı ilə hesabdan küllü miqdarda pul silərək mənimsəmişdir. Halbu ki, “Şəhidlərin Abidəsi” kollektivin yığdığı pul ilə tikilmişdir. Nəticədə direktor Mətləb Hüseynov işdən azad edilmiş və cinayət əməllərinə görə istintaqa cəlb edilmişdir. Amma Həmkarlar İttifaqının Sədri Fərhad Hacıyev hələ də öz vəzifəsində işləyir. Mətləb Hüseynov işdən azad ediləndən sonra Mərkəzə Direktor müavini Ramil Məmmədli təyin edilib və direktoru əvəz edib. Onun Mərkəzə rəhbərlik etdiyi dövürdə yəni iki ay öncə , “Peşə Təhsil Agentliyinin” nümayəndəsi Simnar müəllim və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi Təqan müəlliim Mrkəzdə kollektivin qarşısında Mərkəzdə baş verən neqativ hallar barədə məlumat verdilər. Təqan müəllim çıxış edərək bildirdi ki, Həmkarlar İttifaqının Sədri Fərhad Hacıyev saxta protokollarla kollektivin xəbəri olmadan Qəbələyə, Qubaya və digər rayonlara gəzinti adı ilə hesabdan külli miqdarda pul silərək mənimsəmişdir. Fərhad Hacıyevin Mərkəzin Həmkarlar İttifaqının sədri kimi qalıb işləməsi mümkün deyildir. Kollektiv iclas keçirib seçki yolu ilə onu işdən çıxarılmasını tövsiyyə edirəm. Agentliyin nümayəndəsi kollektivin qarşısında çıxış edərək bildirmişdir ki, belə Həmkarlar Sədri kollektivə ləkədir. Direktor əvəzi Ramil Məmmədliyə göstəriş verdi ki, onun məsələsini tezliklə həll edin. Belə korrupsioner bir işçini burada saxlamaq olmaz. Bundan bir müddət sonra Mərkəzə Əlağa Kərimov direktor əvəzi təyin olundu.Ramil Məmmədli və Əlağa müəllim Mərkəzə rəhbər təyin olunduqları gündən Mərkəzdə yaxşılığa doğru xeyli dəyişiklik oldu. Dağılmış bir tədris müəsissəni bərpa etməyə başladılar. Kollektivin hörmət və rəğbətin qazanıblar. Yəqin ki, tezliklə bu məsələlər də öz həllini tapacaqdır.

DOSYE.ORG






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930