qanunedalet.com.az
http://qanunedalet.com.az

Xırdalan şəhər 1 saylı orta məktəbin xanım direktorundan qeyri-etik sözlər - “Ala, bilirsən nə var? Bas bayıra!” VİDEO

11-04-2025, 11:41

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib.

Xırdalan şəhərində yerləşən 1 saylı orta məktəbin direktoru başqa bir valideyinlə birlikdə sinif otağına daxil olaraq, şagirdlərdən birini təhqir etdiyi, ona qarşı fiziki zorakılıq göstərdiyi iddia olunur.

"Azərbaycan Reallığı"na verilən məlumata görə, hadisə 2024-cü il dekabrın 19-da baş verib.

İddialara görə, 5 D sinfində oxuyan şagirdin valideyni Ağayev Ramin bildirib ki, Arifə Balakişiyeva adlı sözügedən məktəb direktoru başqa bir valideynlə birlikdə sinfə daxil olaraq onun övladına qarşı təhqiredici ifadələr işlədib və telefonu ilə bir neçə dəfə uşağın baş nahiyəsinə zərbə endirib. Halbuki hadisədən bir gün əvvəl iki digər şagird arasında baş vermiş dava ilə zərərçəkmiş uşağın heç bir əlaqəsi olmayıb.
Hadisədən sonra məktəb rəhbərliyinə yaxınlaşan valideynə direktorun qeyri-ciddi münasibət göstərdiyi deyilir. Direktorun ilk sözü belə olub: “Ala, bilirsən nə var? Bas bayıra!”.

Valideyn məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, polis 12 şagirddən izahat alıb və hamısı uşağın sinif otağında döyüldüyünü təsdiqləyib. Valideyn əlavə edib ki, Arifə Balakişiyeva polisə çağırıldıqdan sonra dörd nəfər qazi onun evinə gələrək, şikayəti geri götürməsini, əks halda onu öldürəcəklərini bildiriblər. Valideyn təhdid edən şəxslərin səs yazılarının da olduğunu vurğulayıb.

Xatırladaq ki, valideyn məsələ ilə bağlı Təhsil Nazirliyinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə də müraciət edib. İlk araşdırmada idarə belə bir hadisənin baş vermədiyini iddia edib. Lakin daha sonra məlum olub ki, Abşeron-Xızı regional İdarəsinin rəhbəri İlhamə xanım məktəbin direktorunun doğma xalası qızıdır.

Hadisədən sonra şagird tibbi müayinələrdən keçib və onun psixoloji durumunun pozulduğu, travma aldığı bildirilib.

Valideyn məsələ ilə bağlı ikinci dəfə Təhsil Nazirliyinə müraciət etsə də, artıq iki ay keçməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyeva Bakının prestijli “Meridian Park Luxury” restoranında müğənni Aygün Kazımova, Roya Ayxan və digər məşhurların iştirakı ilə oğluna dəbdəbəli toy mərasimi təşkil etməsi ilə gündəmə gəlmişdir.("Azərbaycan Reallığı")






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930