qanunedalet.com.az
http://qanunedalet.com.az

Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi

Dünən, 18:32

hokumet-rabitesi-ile-temin-olunan-vezifeli-sexslerin-siyahisi-genislendirildi

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 21 fevral 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar bəzi Fərmanlarında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” genişləndirilib. Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib. O, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na əlavə olunub.

Bundan başqa, Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlərin siyahısına "mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərin verilməsi” əlavə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31