qanunedalet.com.az
http://qanunedalet.com.az

Sahil Babayev dəyişikliyə başladı - Aparat rəhbəri işdən çıxarıldı

Dünən, 19:10

Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.

sahil-babayev-deyisikliye-basladi

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.

Maliyyə Nazirliyindən saytımıza xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib. O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Qeyd edək ki, Cavanşir Yusifov sözügedən vəzifədə 6 ildir çalışırdı. O, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır.

Sail Ağasəlim

Fotoda Natiq Həsənov

Fotoda Cavanşir Yusifov







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31