“Teymuroğlu” MTK-nın rəhbəri Münasib Qurbanovdan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik .
Hörmətli Şəhid Anaları , bacıları , Qazi xanımlar , bütün Azərbaycan xanımları!
Sizi “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və səadət dolu günlər, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Əziz xanımlar!
Sizi bayram münasibətilə bir daha təbrik edir, hər birinizə ailə xoşbəxtliyi, firəvanlıq və xoş günlər arzulayıram. Arzu edirəm ki, heç vaxt üzünüzdən qadın təravəti və təbəssüm əskik olmasın.
Bayramınız mübarək!
Səmimi və xoş arzularla
“Teymuroğlu” MTK-nın rəhbəri Münasib Qurbanov