qanunedalet.com.az
http://qanunedalet.com.az

Prezidentdən Sahil Babayevlə bağlı - Sərəncam

6-03-2025, 20:04

prezidentden-sahil-babayevle-bagli

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri maliyyə naziri olub. Daha əvvəl bu vəzifəni əmək və əhalinin sosial müdafiəsi naziri icra edib.

Qeyd edək ki, Sahil Babayev bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilib.

Bundan əlavə, Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031