qanunedalet.com.az
http://qanunedalet.com.az

İrəvanın mərkəzində oxunan “Qarabağ” mahnısına görə cinayət işi açıldı

1-02-2025, 17:42

irevanin-merkezinde-oxunan-qarabag-mahnisina-gore-cinayet-isi-acildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.

Görüntülər yanvarın 30-da sosial şəbəkələrdə peyda olub və sürətlə internetdə yayılaraq istifadəçilərin reaksiyasına səbəb olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar. Erməni təhlükəsizlik qüvvələri onların adlarını açıqlayıb: Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafari.

Eyni zamanda, qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma görünənə görə, belə videoların internetdə yayılması qadağandır.

“Biz həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırırıq”, - deyə xüsusi xidmətdən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30